24 Fevral 2018 08:46
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçli proqramçılar insanlara öz mərhum qohum-əqrəbaları ilə "ünsiyyət saxlamağa" imkan verəcək kompüter texnologiyası hazırlayır.

Teleqraf.com xəbər verir ki, bu haqda İsveçin “Dagen” qəzeti yazır.

Konkret insanın şüurunu yenidən canlandıran və rəqəmli surətlər vasitəsilə dünyasını dəyişmiş şəxslərlə "ünsiyyət" saxlamağa imkan verən süni intellektin yaradılması ideyası bundan əvvəl “Qara güzgü” (Black Mirror) adlı elmi-fantastik serialda öz əksini tapmışdı.

"İlk öncə biz müştərilərimizin dəfn mərasimlərinin təşkili haqda suallarını cavablandıran danışıq proqramı yaratdıq – Stokholmda fəaliyyət göstərən “Feniks” dəfn bürosu şəbəkəsinin rəhbəri Şarlotta Runius nəşrə söyləyib. – Bu, bizi mərhumun səsinə oxşar səslə danışacaq "insanın elektron surəti" adlandırdığımız robotu yaratmağa sövq edib".

Dəfn bürosu proqramçılarla birgə ilk işlək nümunələrin yaradılması üçün 10 könüllü axtarır. Bu könüllülərin səsi onların ölümündən sonra yenidən səsləndirilmək üçün yazılacaq və proqram tərəfindən emal ediləcək.

İsveç proqramçılarının planı yalnız mərhumun danışığını imitasiya edə biləcək danışıq proqramının yaradılması ilə məhdudlaşmır. Onların növbəti addımı insanı vizual olaraq köçürəcək robot hazırlamaqdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər