24 Fevral 2018 12:58
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı aktyor Brendan Freyzer təcavüzə məruz qaldığını etiraf edib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, “Mumya” filmlərində silsilə rollar oynayan 49 yaşlı amerikalı aktyor 2003-cü ildə Hollivud Xarici Media Təşkilatının həmin ildəki rəhbəri Filip Berk tərəfindən cinsi təcavüzə məruz qaldığını deyib.

Aktyor bir oteldə qonaqlıq verilən zaman Filip Berkin ona uyğunsuz şəkildə toxunduğunu deyib:

“Özümü kiçik bir uşaq kimi hiss etdim. Bu hadisədən sonra Hollivud Xarici Media Təşkilatının hazırladığı “Qızıl qlobus” mükafatı mərasiminə dəvət aldım”.

Filip Berk aktyorun etirafını yalanlayıb.

Brendan Freyzer 1968-ci ildə ABŞ-ın İndiana ştatında doğulub. 1998-2007-ci illәrdә ailəli olub. Çoxsaylı filmlərdə rol alıb.


Müəllif: Cəmilə

Oxşar xəbərlər