27 Fevral 2018 15:23
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:09

Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarları ilə Ukrayna polisi arasında toqquşma baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Ali Rada önündə baş verib.

İnsident zamanı çox sayda insan yaralanıb.

***

Ukrayna Daxili İşlər Nazirliyinin nümayəndəsi Zoryan Şkiryak hadisə ilə bağlı rəsmi açıqlama verib.

O bildirib ki, hadisə zamanı azı 10 təhlükəsizlik işçisi yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Şkiryak etirazçıların dəmir dəyənəklərdən, şüşə butulkalardan istifadə etdiyini bildirib: "Təhlükəsizlik işçilərinin asayişi bərpa etmə cəhdi zamanı 11 etirazçı yaralanıb".


Müəllif: Samir

Oxşar xəbərlər