Türkiyənin "Akit TV" kanalında yayımlanan "Gün başlayır" verilişinin aparıcısı Əhməd Kəsərin işlətdiyi ifadələrlə bağlı cinayət işi açılıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə Cümhuriyyət Prokurorluğu Kəsərin mətbuatda xalqı kin və düşmənçiliyə təhrik etdiyini iddia edərək, onun 1,5 ildən 4,5 ilə qədər azadlıqdan məhrum edilməsi üçün məhkəməyə müraciət edib.
Məhkəmə prokurorluğun iddianaməsini qəbul edib. Ə.Kəsər yaxın günlərdə hakim qarşısına çıxarılacaq.
Qeyd edək ki, Ə.Kəsər verilişdə Türkiyənin Suriyada mülki şəxsləri öldürdüyünə dair iddialara sərt reaksiya verərək "mülki şəxsləri öldürməli olsaydıq, Cahangirdən, Nişandaşıdan başlayardıqş Oralarda bir sürü xain var, Türkiyə Böyük Millət Məclisi var", deyə bildirib.