Azərbaycanlı gənc aktrisa rus rejissor Mark Rozovski tərəfindən zorlandığını deyib.
Bu barədə aktrisa Fatimə Abbasquliyeva Rusiyanın “Birinci” kanalında danışıb.
O, aparıcısı Andrey Malaxov olan “Canlı efir” («Прямой эфир») tele-şousunda 12 il əvvəl məşhur rejissor Mark Rozovskinin onu zorladığını deyib:
“Mark Rozovski mənim müəllimim idi, mən onu atam kimi görürdüm və ondan çox şey öyrənirdim, ilhamlanırdım. Bir gün hər şey alt-üst oldu. mənimlə teatrdan kənarda görüşüb, evimlə bağlı söhbət etmək istədiyini dedi. Məni evinə dəvət etdi və sonra bu hadisəni törətdi...”
Rejissorun daha sonra da belə təkliflər etdyini deyən aktrisanın sözünü verilişdə iştirak edən digər aktrisalar və izləyicilər də təsdiqləyib. Onlar Rozovskinin bu cür əməllərinin olduğunu deyiblər:
“Mən Şərq ailəsindənəm. Ciddi tərbiyə görərək böyüdülmüşəm və indi sübut etmək istəyirəm ki, heç bir pislik cəzasız qalmır”.
Veriliş zamanı 80 yaşlı rejissorla canlı efirdə əlaqə saxlanılıb, o isə bütün bunları inkar edib və şər-böhtan adlandırıb:
“Deyilənlərin hamısı yalandır. Onunla heç vaxt təklikdə qalmamışıq. Məndən həmişə baş rollar istəyirdi, mən isə ona kiçik rollar vermişəm. Bəlkə də buna görə intiqam almaq istəyir”.
Qeyd edək ki, bu mövzu hazırda Rusiya mediasında gündəmə çevrilib./Publika.az/