1 Mart 2018 13:51
2 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.02.28 22:48

Zaqatalada 4-cü sinif şagirdi intihar edib.

Məlumata görə, hadisə bu gün axşam saat 19:30 radələrində rayonun Muxax kəndində baş verib.

Kənd sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsində inşa edilmiş təndirxanada asılı vəziyyətdə özündən böyük qardaşı tərəfindən aşkar edilib. İlkin araşdırma zamanı 11 yaşlı Hafiz Məmmədovun hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Hafiz Məmmədov Muxax kəndində fəaliyyət göstərən tam orta məktəblərdən birinin 4-cü sinif şagirdi idi.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. (APA)

***

Zaqatala rayonu Muxax kənd sakini, 4-cü sinif şagirdi Hafiz Məmmədovun ölümünün təfərrüatı məlum olub.

İlkin məlumatda onun intihar etdiyi yazılsa da, kənd sakinlərinin sözlərinə görə, H.Məmmədov ehtiyatsızlıqdan dünyasını dəyişib.

Sakinlər bildirir ki, hadisə evlərinin yaxınlığındakı tikilidə baş verib.

“Hafiz həmin tikilidə taxtadan hazırlanmış oyuncaqlarla oynayırmış. Oyuncaqların yanında kəndir də olub. Oyun üçün asdığı kəndir onun boğazına keçib. Həmin vaxt 10-cu sinifdə oxuyan qardaşı yaxınlıqda heyvanları yerinə salırmış, tikiliyə daxil olanda qardaşının asıldığını görüb. O zaman uşağın nəbzi döyünürmüş, qonşunun maşını ilə xəstəxanaya çatdırmağa çalışıblar, lakin yolda uşaq keçinib”.

Kənd sakinləri deyir ki, H.Məmmədovun səhhətində heç bir problem olmayıb, psixoloji durumu da normal olub:

“Onun intihar etməsi üçün bir səbəb tapa bilmirik. Hadisə yerində onun oyuncaqları qalmışdı. Uşaq oynayarkən ehtiyatsızlıq edib, nəticədə belə bir hadisə yaşanıb”.

Sakinlər deyir ki, ailənin təxminən 11 il əvvəl bir qızı 2 yaşında yanaraq dünyasını dəyişib./Publika.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər