Türkiyənin Samsun şəhərində 1 uşağı olan evli qadın gizli münasibətdə olduğu 3 uşaq atasından ayrılmaq məqsədilə onu kəmərlə boğmağa çalışıb.
Teleqraf.com Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, qadın gizli eşq yaşadığı şəxsi döyərək xəstəxanalıq edib.
Təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılan 37 yaşlı şəxsin vəziyyətinin ağır olduğu bildirilir.
Bildirilir ki, 26 yaşlı qadının ayrılmaq istəsə də, qarşı tərəf onu şantaj edib. Qadın kişiyə zəng edərək görüş təyin edib. Kişini “yataq fantaziyası” adı ilə çarpayıya uzadan qadın əvvəlcə onun gözünü və əllərini bağlayıb. Sonra onu kəmərlə boğmağa çalışıb və dəyənəklə döyüb. Bacıları və bacısı uşaqları da qadına köməyə gəlib.
Qadının vəkili müdafiə etdiyi şəxsin dəfələrlə cinsi istismara məruz qaldığını əsaslandıraraq sərbəst buraxılmasını tələb edib.
Qarşı tərəfin də şikayətçi olmadığı nəzərə alan hakim tələbə müsbət cavab verib.