1 Mart 2018 11:24
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 28-də Tiflisin Barataşvili küçəsində binaların birindən fasad şüşəsinin düşməsi nəticəsində ölən 14 yaşlı Aslan Məmmədovun meyiti məhkəmə-tibbi müayinədən sonra ailəsinə təhvil verilib.

A.Məmmədov 7-ci sinif şagirdi olub və Tbilisinin Poniçala qəsəbəsində valideynləri və qardaşı ilə yaşayıb. Bədbəxt hadisə nəticəsində xəsarət almış 5 uşaq xəstəxanada müalicə olunur. Onların 3-ü azərbaycanlıdır. Uşaqların bu gün evə buraxılacağı gözlənilir.

Hadisə ilə bağlı cinayət işi açılıb, ekspertiza aparılır./APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər