Azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədi Təbrizdə iş yerinə gedərkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, naməlum istiqamətə aparılan fəalın hansı səbəbdən tutulduğu barədə hələlik heç bir məlumat yoxdur.
Qeyd edək ki, Hüseyn Əliməhəmmədi 2013-cü il noyabrın 4-də digər azərbaycanlı fəal Taha Kirmani ilə birlikdə Təbrizdə yaxalanaraq bu şəhərin ETTELAAT İdarəsinə aparılıb. O, Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsi tərəfindən sistemin əleyhinə təbliğat aparmaq və ölkə rəhbərini təhqir etmək ittihamı ilə 3 il həbsə məhkum edilib.
O, həbs cəzasını çəkdikdən sonra 2017-ci il avqustun 6-da Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb.