Avropada güclü soyuqlar 49 nəfərin həyatına son qoyub. Ölüm halları əsasən Polşada qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, Polşa polisi fevral ayı ərzində 32 nəfərin donaraq öldüyünü bildirib. Bundan başqa Çexiyada 8, Fransada 4, İtaliyada 2, İspaniyada isə 1 nəfər şaxtaların qurbanına çevrilib.
Ötən gün London yaxınlığında yerləşən Uellinq şəhərində donmuş göldən öz itini xilas etmək istəyən kişinin cəsədi çıxarılıb.
Niderlandın cənub-qərbində yerləşən Hank şəhəri yaxınlığında isə yaşlı kişi çayda sürüşən zaman buzun qırılması nəticəsində suya düşərək ölüb.