Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra Suriya ilə sərhədə gedib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, türk general Hatayda dünənki hücumda yaralanan əsgərlərə baş çəkib.
Qeyd edək ki, dünən 100 nəfərlik terrorçu hücumu nəticəsində 8 türk əsgəri şəhid olub, 26-sı yaralanıb.