Millət vəkili Narkoloji Mərkəzdə baş vermiş yanğında həyatını itirənlərin doğmalarına başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev günahkarların layiqli cəza alacağına inandığını ifadə edib:
“Baş vermiş faciənin çoxsaylı insan ölümünə səbəb olması məni dərindən kədərləndirdi. Yanğın zamanı həyatını itirənlərin dogmalarinin kədərinə şərik olur, dərin hüznlə başsağlığı verirəm. Yaralılara və xəsarət alanlara Allahdan şəfa diləyirəm. Umud edirəm yanğının səbəbləri ciddi şəkildə araşdırılacaq, günahkarlar layiqli cəzalarını alacaqlar”.