Rio-de-Janeyroda silahlı şəxslər bank şöbələrindən birinə hücum edərək insanları girov götürüblər.
Teleqraf.com xəbər verir ki, bu barədə cümə günü "Globo" telekanalı məlumat yayıb.
Onun məlumatına görə, hadisə şəhərin şimal hissəsində yerləşən Madureyra rayonu ərazisində baş verib. Hadisə yerinə xüsusi əməliyyat batalyonunun nümayəndələri, Rio-de-Janeyro ştatının hərbi polisinin elit bölmələri cəlb olunub. Onlar cinayətkarlarla danışıqlar aparırlar.
Girovların dəqiq sayı bildirilmir. İlkin məlumatlara görə, bu, soyğunçuluq cəhdidir. (Report)