Şəmkir rayonu, Keçili kəndində ümumi sahəsi 20 m2 olan köməkçi tikilidə (hal-hazırda təmir işləri aparılır) yanğınla nəticələnən partlayış baş verib.
Teleqraf.com FHN-nin saytına istinadən xəbər verir ki, hadisə zamanı tikilinin pəncərə şüşələri sınıb, divarları qarsalanıb və tikiliyə bitişik yığılmış 16 ton ot bağlamasının 4 tonu yanıb. Partlayış zamanı evdə olan 1 nəfər müxtəlif yanıq xəsarətləri alıb. Köməkçi tikili, ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.