Papua-Yeni Qvineyada 6 bal gücündə zəlzələ olub.
Teleqraf.com “Ria.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə 18:34-də qeydə alınıb. Zəlzələnin episentri Porqer şəhərindən 83 km cənub-qərbdə yerləşib. Onun ocağı yerin 16 km dərinliyində olub.
Mümkün dağıntı və tələfat barədə məlum yoxdur.
Qeyd edək ki, bir həftə əvvəl Papua-Yeni Qvineyada baş verən zəlzələ nəticəsində 30 nəfər ölüb.