5 Mart 2018 11:10
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:49

Bakı metrosunda qatarların hərəkətində gecikmə hələ də davam edir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, "Nəriman Nərimanov" metrostansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən bu gün saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verir: “Sıxlıq hələ də davam edir, amma nasazlığı aradan qaldırmağa çalışırıq”.

***

Artıq sıxlıq aradan qalxıb, qatarlar normal interval üzrə hərəkət edirlər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, sıxlığ işarəvermə avadanlığında yaranan nasazlıq səbəbindən baş verib: “Qeyd edim ki, "Ulduz" stansioyasından "Nərimanov"a gələn qatarlar bu nasazllığa görə məcburən sürətlərini azaldıblar. Bu da arxadan gələn qatarın gözləməsinə və ümumilikdə gecikməyə səbəb olub. İndi hər şey qaydasındadır”.

Qeyd edək ki, "Nəriman Nərimanov" metrostansiyasında texniki nasazlıq səbəbindən bu gün saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verib.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər