Sabirabad sakini ehtiyatsızlıqdan iki həmyerlisini güllələyib.
Teleqraf.com xəbər verir ki, martın 3-də Sabirabad rayonunun Qasımbəyli kənd sakinləri Şirməmməd Əsədov və Şöhrət Babayev qırma yaraları ilə xəstəxanaya gətiriliblər.
Sabirabad rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində onların Sarı Su adlanan gölün Qasımbəyli kəndində yerləşən hissəsində həmkəndliləri Həmid Adışovla birgə ov edərkən qayıqdan düşən zaman sonuncunun tüfənglə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət almaları müəyyən edilib.
Polis əməkdaşları tərəfindən Həmid Adışovdan müvafiq sənədləri olmayan İJ-58 markalı tüfəng götürülüb.