6 Mart 2018 11:06
1 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğlumun cəsədinə baxa bilmədim.

Bunu Teleqraf.com-a açıqlamsında Cəlilabad rayonunun Ləkin kəndi ərazisində meyiti tapılan gəncin atası İlham Nəsirov deyib.

Onun sözlərinə görə, oğlunu ata bağlayaraq kənd boyu sürüyüblər:

“Bütün kənd bilir ki, oğlum sakit uşaqdır. Seymur qonşu kənddə yaşayır. Oğlum nişanlı idi və toyuna hazırlaşırdıq. Sirucun nişanlısının telefonu yox idi və Seymurgilə gedib, həyat yoldaşının telefonu ilə ona zəng edirdi. Mən oğlumun cəsədinə baxa bilmədim. Onu o qədər döyüblər ki, cəsəd qaralmışdı, tamam yara içində idi. Başına küt alətlərlə o qədər vurublar ki, cəsəd tanınmaz hala düşüb. Bu bir nəfərin işi olmayıb. Bütün sümükləri sınıq-sınıq olub”.

Ölən gəncin atası qeyd edib ki, hazırda məsələ barədə polislər araşdırma aparır.

Qeyd edək ki, ötən gün 1997-ci il təvəllüdlü Nəsirov Sirus İlham oğlunun meyiti Cəlilabad rayonunun Ləkin kəndi ərazisində tapılıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər