7 Mart 2018 12:39
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi ABŞ-ın Baltimor şəhərində yerləşən Con Hopkins universitetində çıxış edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu zaman PKK terror təşkilatının tərəfdarlarından biri zalda Türkiyəyə qarşı şüar yazılmış plakat qaldırıb. Başbuğ bu səbəbdən çıxışını yarımçıq dayandırıb və polisin müşayiəti ilə salonu tərk edib.

Məlumatlara görə, salonun çıxışında bir neçə terror təşkilatı nümayəndəsi etiraz şüarlarını səsləndirib.


Müəllif: Samir

Oxşar xəbərlər