8 Mart 2018 17:59
2 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Petro Poroşenkonun evinin mühafizəçisi intihar edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

"Strana.ua" saytının xəbərinə görə, Poroşenkonun Kiyev yaxınlığındakı Konça-Zaspe ərazisindəki evini mühafizə edən polis əməkdaşı özünü öldürüb.

Xüsusi təyinatlı polis dəstəsinin serjantı olan Sergey Qalasun Poroşenkonun evinin yaxınlığında xidməti postunda intihar edib.

Hadisə fevralın 23-də baş verib.

Onun daha öncə də intihara cəhd etdiyi bildirilir. Hüquq-mühafizə orqanları məlumatı təsdiqləyib. Faktla bağlı cinayət işi açılıb.


Müəllif: Ruslan

Oxşar xəbərlər