9 Mart 2018 11:18
7 725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda polisi bıçaqlayan gənc intihara cəhd edib.

Teleqraf.com xəbər verir ki, 1994-cü il təvəllüdlü Lətif Məhərrəmov metronun “Nizami” stansiyası yaxınlığında saxlanılarkən polis əməkdaşını bıçaqlayıb.

Daha sonra Lətif Məhərrəmov özünə 14 bıçaq zərbəsi vurub. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, həmin ərazidə polis əməkdaşı Lətif Məhərrəmovdan sənədlərini göstərməsini tələb edib. Bu zaman o, cibində olan bıçaqla polis əməkdaşına xəsarət yetirib, sonra özünü də öldürmək istəyib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər