11 Mart 2018 11:02
1 842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın Şinmoedeyk vulkanında son illərin ən böyük partlayışı baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, partlayışdan sonra əmələ gələn duman 4,5 min metrə qədər yüksəlib.

Məlumatlara görə, vulkana yaxın ərazilərdə yaşayan insanlar evakuasiya edilib. Bəzi uçuşlar təxirə alınıb.

Qeyd edək ki, Yaponiyada 2014-cü ildə Onteyk vulkanının püsgürməsi nəticəsində 63 nəfər həlak olmuşdu.


Müəllif: Sara

Oxşar xəbərlər