11 Mart 2018 15:35
1 970
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:14

Beyləqan rayonunda yol polisləri arasında qanlı dava baş verib.

Beyləqan rayon yol polisi şöbəsinin əməkdaşı Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu bıçaqlayıb. Hadisənin səbəbi hələlik məlum deyil, Namiq Zeynalov ağır vəziyyətdə Beyləqan rayon xəstəxanasına çatdırılıb, həkimlər tərəfindən ona ilkin yardım göstərilib.

Beyləqan rayon mərkəzi xəstəxanasının baş həkimi Əli Məmmədov bildirib ki, yol polis əməkdaşı Namiq Zeynalov kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə xəstəxanaya daxil olub, onun hansı şəraitdə bıçaqlanması məlum deyil.

Qeyd edək ki, iş yoldaşını bıçaqlamaqda təqsirləndirilən Tural Əliyev Beyləqan rayol Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın oğludur.

***

Beyləqan rayonunda yol polisləri arasında qanlı dava baş verib.

Beyləqan rayon Yol Polisi Şöbəsinin əməkdaşı Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu bıçaqlayıb.

Hadisənin səbəbi hələlik məlum deyil, Namiq Zeynalov ağır vəziyyətdə Beyləqan rayon xəstəxanasına çatdırılıb, həkimlər tərəfindən ona ilkin yardım göstərilib.

Beyləqan rayon mərkəzi xəstəxanasının baş həkimi Əli Məmmədov bildirib ki, yol polis əməkdaşı Namiq Zeynalov kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə xəstəxanaya daxil olub, onun hansı şəraitdə bıçaqlanması məlum deyil.

İş yoldaşını bıçaqlamaqda təqsirləndirilən Tural Əliyev Beyləqan rayol Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmovanın oğludur.

X.Rüstəmova açıqlamasında Beyləqan rayon Yol Polis Bölməsinin əməkdaşı olan oğlu Tural Əliyevin iş yoldaşı Namiq Zeynalovu bıçaqlamasını təkzib edib.

X.Rüstəmova bildirib ki, oğlu haqda tam yalnış məlumat yayılıb: ''Belə bir məlumatı yazmamışdan qabaq adamdan soruşarlar... Hadisə polislərin idman saatında, məşq edən zaman, güləşərkən olub və yüngül zədə alıb. Hazırda həmin polis də işindədir. Bu adam necə bıçaqlanıb ki, işdədir. Bu adamlar niyə yalan məlumat deyir? Adam kişi olar, kişi kimi də məlumat verər. Oğlum polisə yeni düzəlib. O necə cinayət elədi ki, heç kimin xəbəri olmadı? Təkrar edirəm, Xuraman Rüstəmovanın oğlunun belə bir cinayətlə heç bir əlaqəsi yoxdur. Uşaqlarım hamı ilə ''qurban olum-başına dönüm''lə danışır. Onların hər biri ciddi nəzarət olunan qurumların işçiləridir''./Criminalaz/


Müəllif: Teleqraf.com