11 Mart 2018 16:27
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlaxda şagirdləri buraxılış imtahanına apararkən qəzaya uğrayan mikroavtobusda olan şagirdlərin yenidən imtahan verməsi üçün şərait yaradılacaq.

Bu barədə DİM-dən verilən məlumatda bildirilib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qəzayla əlaqədar rayona gedib./Trend/

Xatırladaq ki, bu gün səhər baş verən hadisə nəticəsində 20 nəfər xəsarət alıb.

Hadisə nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarətlrərlə xəstaxanaya yerləşdirilib.

Onlara ilkin tibbi yardım göstəriləndən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində ağır xəsarət alan 5 nəfər isə Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralılardan 3-nün vəziyyəti stabilləşib, 2 nəfərin isə vəziyyəti ağır olaraq qalır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər