12 Mart 2018 22:14
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Cavid Arpadarai adlı şəxsin bağ evindən oğurluq olub.

Teleqraf.com-un məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları oğurluqda şübhəli bilinən şəxsi saxlayıb.

Bağ evindən hansı məbləğdə pulun və qiymətli əşyaların oğurlandığı açıqlanmır.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Qeyd edək ki, zərərçəkmiş Cavid Arpadarai Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarainin atasıdır. (Report)


Müəllif: Teleqraf.com