12 Mart 2018 21:12
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:14

Fövqəladə Hallar Nazirliyi Salyan rayonunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Teleqraf.com FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə Salyan rayonunun Qaraçala qəsəbəsində "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə zamanı ölən sürücü və sərnişinin cəsədləri xilasedicilər tərəfindən avtomobildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Hadisə zamanı digər avtomobilin sürücüsü müxtəlif xəsarətlər alıb.

***

Bu gün Salyan rayonunda baş vermiş ağır qəza nəticəsində ölənlərin kimliyi məlum olub

APA-nın məlumata görə, bu, 1987-cu il təvəllüdlü Şirəliyev Ruslan Ariz oğlu və onun anası, 1968-ci il təvəllüdlü Şirəliyeva Kəklik Əlimərdan qızıdır.

Faktla bağlı araşdırma davam etdirilir.


Müəllif: Teleqraf.com