13 Mart 2018 20:59
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Sankt-Peterburq şəhərində 9 mərtəbəli yaşayış binasında partlayış baş verib.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

İlkin ehtimallara görə, partlayış binanın blokunda baş verib. Binanın sakinləri təxliyə ediliblər.

Təxminən 4 mənzilin yararsız hala düşdüyü bildirilir.

Hadisənin başvermə səbəbi araşdırılır. .


Müəllif: Teleqraf.com