Almaniyada keçirilən kansler seçkilərində qələbə qazanan Angela Merkelə hücum olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücum Merkelin Bundestaq binasını tərk etdiyi zaman baş verib.
Adı açıqlanmayan şəxs polis tərəfindən yaxalanıb. Onun Merkelin yenidən kansler seçilməsinə etiraz etdiyi bildirilib.
Qeyd edək ki, Bundestaqda keçirilən seçkilərdə Merkel 688 deputatdan 364-nün səsini qazanıb.