Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak “Rossiya 1” telekanalının efirində birbaşa yayımlanan seçkiqabağı debatda göz yaşlarına hakim ola bilməyib.
Teleqraf.com RİA Novosti-yə istinadən xəbər verir ki, rəqiblərinin onun çıxışına imkan verməməsinə hiddətlənən Sobçak üzünü aparıcısı Vladimir Solavyova tutaraq "burada ancaq mənim sözümü kəsirlər" deyərək ağlayıb.
Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski tərəfindən təhqir olunduğunu və təzyiqlərə məruz qaldığını deyən Sobçak verilişi yarımçıq tərk edib.