16 Mart 2018 14:41
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd rejimi Şərqi Qutanın Kafr Batna ərazisində yerləşən bazara zərbələr endirib. Nəticədə 6 uşaq daxil olmaqla 31 mülki şəxs həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Təşkilatı məlumat yayıb.

Suriya İnsan Haqları Təşkilatının direktoru Rami Əbdürrəhman deyib ki, Rusiyanın hava zərbələri nəticəsində azı 31 nəfər öldürülüb. Bundan başqa çoxlu sayda mülki insan yaralanıb.


Müəllif: Cavad

Oxşar xəbərlər