Türkiyənin Malatya şəhərində elçilik məqsədiylə bir araya gələn iki qohum ailə arasında dava düşüb.
Teleqraf.com xəbər verir ki, öncə mübahisə edən tərəflər daha sonra biri-birini gülləbaran ediblər. İnsident zamanı 5 nəfər yaralanıb. Onlardan 4-ü Malatya Araşdırma Xəstəxanasına, digər 1 nəfərsə Turqut Özal Tibb Mərkəzinə çatdirilib.
Polis hadisədə günahkar bilinən iki nəfəri həbs edib. Mübahisənin hansı səbəbdən baş verdiyi məlum deyil.