Bu gün səhər saatlarında İranda zəlzələ baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat verib.
Məlumatlara görə, zəlzələ Rixter şkalası üzrə 5 bal gücündə olub.
Yeraltı təkanların episentri Buşehr bölgəsinin Qonaveh rayonunda yerin 11 kilometr dərinliyində yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat verilmir.