20 Mart 2018 01:27
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

00:59

Malinin Barselonadakı fəxri konsulluğunda naməlum şəxs bir qadını girov götürüb, hazırda onunla danışıqlar aparılır.

Teleqraf.com xəbər verir ki, bu barədə Kataloniyanın "Mossos d'Esquadra" hüquq-mühafizə qüvvələrinin "Tvitter" səhifəsində məlumat yerləşdirilib.

Bildirilir ki, girov götürülən qadın Malinin fəxri konsulunun həyat yoldaşıdır. Onu girov götürən də Malidəndir və inzibati vəziyyətinin nizama salınmasını tələb edir. Polisin məlumatına görə, kişinin şəxsiyyəti müəyyən edilib və o, silahsızdır.

***

Bu gün axşam saatlarında Malinin Barselonadakı (İspaniya) konsulluğunda girov götürülmüş qadın azad olunub.

Məlumata görə, bu barədə Kataloniya polisi öz "Tvitter" səhifəsində yazıb.

"Malinin Barselonadakı konsulluğunda girov götürülmüş qadın azad olunub. Onu girov götürən kişi saxlanılıb", - deyə məlumatda bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər