Daxili İşlər Nazirliyi Şəki rayonunun Aşağı Küngüt kəndi ərazisində baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.
Teleqraf.com DİN-in rəsmi saytına istinadla xəbər verir ki, martın 19-da saat 23 radələrində kənd ərazisində Kiçik Dəhnə kənd sakini Allahverdi Mustafayev idarə etdiyi “VAZ-21064” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə onun sərnişinlərindən həmkəndliləri Adəm Adıgözəlov və Murad Həşimov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.