11:42
Fransanın sabiq prezidenti Nikola Sarkozi həbs edilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Röyter” məlumat yayıb.
Sarkozinin seçki kampaniyası dövründəki maliyyə pozuntuları səbəbindən həbs edildiyi açıqlanıb.
***
12:44
Fransanın sabiq prezidenti Nikola Sarkozinin saxlanılması ilə bağlı yeni məlumatlar yayılıb.
Bildirilib ki, Sarkozinin saxlanılasında səbəb seçki kampaniyası vaxtı Liviyanın sabiq lideri Müəmmar Qəzzafi tərəfindən ona edilən maddi yardım göstərilib.
Məlumatlara görə, Qəzzafi 2007-ci ildə Sarkoziyə 50 milyon avro dəstək verib.
***
2018.03.20 16:07
Fransanın sabiq prezidenti Nikola Sarkozi ilə yanaşı onun prezidentliyi dövründə nazir postunu tutan bir neçə nəfər də saxlanılıb.
Onların yaxın 48 saat ərzində dindiriləcəyi bildirilib. Bundan sonra Sarkozi və digərlərinin həbsi ilə bağlı qərar veriləcəyi qeyd edilib.
***
Fransanın sabiq prezidenti Nikolya Sarkozi bu axşam sərbəst buraxılıb.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, sabiq dövlət başçısının dindirilməsi ümümilikdə 25 saat davam edib.