20 Mart 2018 21:25
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada 2009-cu ildən istismara buraxılan “An-148” təyyarələrinin istismarı dayandırılıb.

Teleqraf.com tass.ru-ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın Nəqliyyat Sahəsində Federal Nəzarət Xidmətinin rəhbəri Viktor Basarqin məlumat yayıb.

Onun sözlərinə görə, yoxlamalar başa çatanadək “Saratov aviayolları” şirkətinə məxsus təyyarələrinin uçuşları dayandırılıb.

Qeyd edək ki, bu il fevralın 11-də yerli vaxtla saat 14.21 radələrində Moskvanın “Domodedovo” hava limanından qalxan və Orska uçan “Saratov aviayolları” şirkətinə məxsus "An-148" tipli təyyarə uçuşdan 2 dəqiqə sonra radardan itib. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb. Qəza nəticəsində 6-sı heyət üzvü olmaqla 71 nəfər həlak olub.

"An-148" Ukrayna prezidenti Pyotr Poroşenkonun prezident təyyarəsi kimi istifadə olunur.


Müəllif: Nərgiz

Oxşar xəbərlər