20 Mart 2018 22:29
1 927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 23 ildir övlad həsrəti ilə ilə yaşayan Əli Ər və Meliha Ərin üçüzləri dünyaya gəlib.

Teleqraf.com xəbər verir ki, 23 ildən sonra üçüzləri olan ailə onlara Rəcəb, Tayyib və Ərdoğan adlarını qoyublar. Əli Ər 23 ildən sonra nəhayət ki, xoşbəxt olduqlarını deyib.

“Bu xoşbəxtliyi ifadə etmək mümkün deyil. Bu sevgi başqadır. Həqiqətən çox xoşbəxtik. Allah bizə 3 oğul verdi və onlara sayın Rəcəb Tayyib Ərdoğanın adını verməyə qərara gəldik”.


Müəllif: Cabbar

Oxşar xəbərlər