Naftalan şəhərində silahlı insident baş verib.
Teleqraf.com xəbər verir ki, 1987-ci il təvəllüdlü rayon sakini Günay İsayeva Naftalan şəhərindəki “Sehrli Naftalan” sanatoriyasında güllələnib.
O, ağır vəziyyətdə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qadın əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirlir.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Naftalan şəhər sakini, 1956-cı il təvəllüdlü Əli Hüseynov şübhəli şəxs qismində saxlanılıb.
Məlumata görə, Günay İsayeva sanatroiyada qeydiyyatçı, Əli Hüseynov isə sürücü işləyib.
Onların arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib, nəticədə qanlı olay törədilib.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi başlanıb.