Türkiyənin İğdır bölgəsində mikroavtobus qəzaya uğrayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı 17 nəfər həlak olub, 36 nəfər yaralanıb.
Məlumatlara görə, İrandan qeyri-qanuni yolla Türkiyəyə keçən avtobus İğdırdan Qarsa doğru hərəkət edirmiş.
Hadisə zamanı mikroavtobusda Əfqanıstan, Pakistan və İran vətəndaşları olub.
Qeyd edilib ki, 14 nəfərlik mikroavtobusa 50-dən çox sərnişin mindirilib.