31 Mart 2018 12:14
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkının ərazisinə brakonyerlərin daxil olması barədə əldə edilmiş məlumat əsasında martın 30-da saat 22:10 radələrində Milli Parkın əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.

Nazirliyin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı Milli Parkın 1 saylı sahəsinin 5 saylı postunun ərazisində qanunsuz yolla ceyran ovlayan brakonyerlərin olduğu aşkar edilib. Əməliyyat tədbirləri zamanı brakonyerlər parkın əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb və onlardan biri xidməti vəzifəsini yerinə yetirən Şirvan Milli Parkının sahə müfəttişi İltifat Xalıqova bilərəkdən ov tüfəngindən atəş açıb. Nəticədə sahə müfəttişi qarın nahiyəsindən yaralanıb. Həyata keçirilən operativ tədbirlər nəticəsində brakonyerlərdən biri Milli Parkın əməkdaşları tərəfindən saxlanılıb, digəri, sahə müfəttişini yaralayan qanun pozucusu isə gecə saatları olduğundan ərazidən qaçıb.

Hadisə yerinə keçirilən baxış zamanı qanunsuz yolla ovlanmış 1 baş ceyran, 1 ədəd bıçaq, 1 ədəd fanar aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı müvafiq sənədləşmə işləri aparılıb.

Milli Parkın əməkdaşları saxlanılan brakonyeri rayon polis şöbəsinə təhvil verib. Digər qanun pozucusunun saxlanılması və müvafiq hüquqi tədbirlərin görülməsi məqsədilə Şirvan Milli Parkı tərəfindən hüquq mühafizə orqanlarına müraciət edib.

Aparılan araşdırmalar nəticəsində saxlanılan qanun pozucusunun Hacıqabul rayonu Atbulaq kənd sakini Elvin Tərxan oğlu İsrafilovolduğu müəyyən edilib. Hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində digər qanun pozucusu Hacıqabul rayonu Atbulaq kənd sakini Rahil Heybət oğlu Ağayevda saxlanılıb.


Müəllif: İlhamə

Oxşar xəbərlər