Martın 30-31-dərespublika ərazisində yağan yağışlar nəticəsində Yevlax və Mingəçevir şəhərlərində bəzi ərazilər yağış suları ilə dolub.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Aran Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparıblar. Əməliyyat başa çatıb.