Məşhur aktyor Sərxan Süslər döyülüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, gecə məkanlarının birində olan aktyor yan masada əyləşən Xəlil adlı şəxlə mübahisə edib.
Mübahisə zamanı yumruq zərbələri alaraq dişini itirən və dodağı partlayan aktyor Xəlil barəsində polisə şikayət edib.
Xəlil baş verənləri boynuna alıb: "Sərxan Süslər sərxoş vəziyyətdə mənə sarılaraq öpməyə başladı. Onu özümdən aralamaq istəyəndə dirsəyim dodağına dəydi. Bilərəkdən onu yaralamamışam. Bu xoşagəlməz hadisədən sonra razılaşdıq. Amma bu şikayəti niyə etdiyini bilmədim".
Şikayətə məkhəmədə baxılacaq.