Milli Məclisin deputatı Aydın Mirzəzadə Praqada keçirilən Şərq Tərəfdaşlığı Sammiti zamanı Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın dövlət başçısı Serj Sərkisyana verdiyi cavabla bağlı sosil şəbəkədə status paylaşıb.
Teleqraf.com-un xəbərinə görə, Aydın Mirzəzadə öz statusunda yazıb: "24 aprel 2014-cü il tarixdə Çexiyanın paytaxtı Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunan sammit sıradan bir tədbir kimi nəzərdə tutulsa da orda baş verənlər bütün dünyaya ildırım kimi səs saldı. Hər şey ondan başladı ki, Ermənistan prezidenti Serj Sərkisyan Zirvə görüşünün plenar iclasında mövzudan tam kənara çıxaraq öz çıxışını bütünlükdə qondarma “erməni soyqırımı” ilə bağlı mülahizələrə həsr etdi və Türkiyəni əsas tənqid hədəfi kimi seçdi.
Serj Sərkisyan bir tərəfdən Türkiyəni qondarma “soyqırımı” ilə bağlı konstruktiv mövqe tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham edib. Çıxışının sonunda o öz üzərinə Avropa səlahiyyətlisi funksiyasını götürərək bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu deyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cavabı özünü çox gözlətməyib. Arqumentli çıxışı sammitin diqqətini cəlb edib və erməni prezidentin iddialarını darmadağın edib. Yadda qalan isə onun yığcam şəkildə dediyi və türk dünyasının gücünü göstərən qısa bir cümləsi oldu : “Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz”.
Bu türk dünyasının tarixinə yazılan və Azərbaycan-Türkiyə dostluğunun möhkəmliyini göstərən, iki qardaş dövlətin ümumi maraqlarını və beynəlxalq alımdə vahid cəbhədən çıxış etməsinin bariz nümunəsi oldu.
Təsadüfi deyil ki, Türkiyənin bütün əsas mediası dünən prezident İlham Əliyevin bu çıxışını və Sərkisyana birbaşa ünvanladığı “Türkiyə burada yoxdur, mən buradayam” ifadələrini manşetə çıxarıb.
Türkiyənin rəsmi informasiya agentliyi olan “Anadolu” bu xəbəri “Əliyevdən Ərdoğana dəstək” başlığı ilə təqdim edib.
Baş nazir Rəcəb Təyyub Ərdoğana yaxınlığı ilə bilinən “Sabah” və “Yeni Şafak” qəzetləri xəbəri müvafiq olaraq “Əliyevdən Ermənistana şillə kimi cavab” və “Əliyevdən Sarkisyana Türkiyə dərsi” başlığı ilə veriblər.
“Ensonhaber.com” saytı isə xəbəri “Ermənistan prezidentinin gözlərinin içinə baxaraq, Türkiyə burada deyil, mən varam” kimi təqdim edib. Türkiyənin ən çox oxunan xəbər saytlarından olan “Milliyet” isə İlham Əliyevin çıxışını Türkiyəni ittiham edərkən elə bir tənqid eşitdi ki...” manşetə daşıyıb.
Ermənistan prezidentindən fərqli olaraq Azərbaycan lideri çıxışnda həmçinin ölkəsində aparılan siyasi islahatlardan, insan hüquqlarının qorunmasından, qanunun aliliyinin və fundamental azadlıqların təmin olunmasından danışıb: “Məhz Azərbaycanın müasirliyidir ki, iqtisadi islahatlar nəticəsində və sizə deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatı son on ildə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olub, 3 dəfədən çox artıb. Biz yoxsulluğu, işsizliyi aradan qaldıra bilmişik. Yoxsulluq Azərbaycanda 5 faiz təşkil edir. Xarici borcumuz ümumi daxili məhsulun cəmi 8 faizini təşkil etmişdir. Davos Dünya İqtisadi Forumuna əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 39-cu yerdədir”.
Cənab İlham Əliyev nəhəng qaz yatağı olan “Şahdəniz”in işlənməsinin, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi Avropanın enerji xəritəsini dəyişdirəcəyini bildirdi. Çıxışının sonunda Azərbaycan Prezidenti belə bir sual verdi: “Niyə Ermənistana sanksiyalar qoyulmur? Niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir? Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna son qoyulmalıdır”.
Bu məntiq, bu reallıq qarşısında isə Ermənistanın deyəcəyi heç bir söz qalımır. Xarici siyasətində qatı antitük siyasəti, qonşu dövlətin torpaqlarının bir hissəsi işğal etməsi onun daxili siyasətini də iflic vəziyyətinə salır, Azərbaycan və Trükiyə kimi nəhəng iqtisadi potensialdan məhrum olmasına gətirib çıxarır.
Ermənistan prezidenti Praqadıkı çıxışına cənab İlham Əliyev tərəfindən çox təsirli bir cavab aldı. Onun türk dünyasının birliyini bir daha sınaqdan keçirmək kimi məkrli planı puça çıxdı. O və erməni millətçi dairələrinə aydın oldu ki, harda Azərbaycan varsa, orada Türkiyənin, türk dünyasının, sivil bəşəriyyətin maraqları həmişə yüksək səviyyətə qorunacaqdır.
Sərkisyan bil, harda Azərbaycan varsa, harda İlham Əliyev varsa, sizə layiqli cavab veriləcəkdir!
Səxavət