ABŞ-ın İndiana ştatında iki təyyarə toqquşub.
Teleqraf.com xəbər verir ki, "Cessna 150" tipli təkmühərrikli təyyarə Marion şəhər aeroportunda "Cessna 525 Citation Jet" tipli reaktiv hava gəmisi ilə toqquşub.
Teleşirkətin məlumatına görə, qəza zamanı 2 nəfər həlak olub.
Hadisə qurbanlarından biri zərbənin gücündən təyyarədən yerə düşüb, digəri isə göyərtədə yanğın nəticəsində ölüb.
Qəzanın səbəbləri məlum deyil.