5 Aprel 2018 08:05
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Trustlook Labs" şirkətinin tədqiqatçıları "Android" əməliyyat sistemi üçün bütün məşhur məlumat mübadilə servislərindən yazışmaları oğurlayan virus aşkarlayıblar. Bu barədə şirkətin bloqunda deyilir.

Teleqraf.com "ICTnyus"-a istinadən xəbər verir ki, məlum olub ki, virus sistemə kodu analiz etməyə imkan verməməklə antivirus mühafizəsini dəf edə bilir.

Məlumata görə, zərərli proqram təminatı "Telegram", "Viber", "Messenger", "Skayp", "Feysbuk", "Line" və digər messencerlərin mobil abunəçilərinin məlumatlarını öyrənir. Ekspertlər bildirir ki, virus alqoritmi elə qurulub ki, məlumatları avtomatik məsafəli serverə göndərmək mümkün olsun: ələ keçirilən məlumatlar şantaj və pul əldə etmək üçün istifadə olunur.

Kibertəhlükəsizlik üzrə mütəxəssislər tərəfindən zərərli proqram təminatı Çinin "Cloud Module" mobil əlavəsində aşkarlanıb. Troyanın olduğu paket "com.android.boxa" adlanıb. Onun "Android" sistemi üçün kənar əlavələr mağazası və cinayətkarlar tərəfindən dərc edilən linklər vasitəsilə yayıldığı ehtimal olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər