"MTN işi"nə çıxan vəkillərdən biri vəfat edib.
3 saylı Hüquq Məsləhətxanasının vəkili Qubad Salayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Q.Salayev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin vəkilidir. Hazırda A.Mehdiyevin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır./Report/