6 Aprel 2018 21:27
1 561
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan alverçiləri 262 qaçqını aldadıb.

Teleqraf.com xəbər verir ki, məşhur türk filmi Şənər Şən və İlyas Salmanın oynadığı "Banker Bilo"dakı hadisələr bu dəfə real həyatda baş verib.

Yunanıstana keçmək istəyən Pakistan və Əfqanıstandan olan 262 qaçqın Türkiyədə aldadılıb.

Onları İrandan Türkiyəyə keçirən şəxslər Antaliya ərazisində "bura İstanbuldur, Yunanıstana az qaldı" deyərək qaçqınlardan ayrılıb gözdən itiblər.

Meşəlik ərazilərdə yüzlərlə əcnəbinin olduğunu görən yerli sakinlər məsələ ilə bağlı dərhal polisə məlumat veriblər.

Məlumata görə, dələduzlar hər bir əcnəbidən 3-9 min dollar arası pul alıb. Hazırda Türkiyə polisi insan alverçilərini axtarır.


Müəllif: Natiq Həziquliyev

Oxşar xəbərlər