10 yaşlı uşağın ağciyərindən nəhəng ölçülü qurd kistası çıxarılıb.
Bu barədə Teleqraf.com-a uroloq-cərrah Fuad Hüseynov məlumat verib.
Onun sözlərinə görə, uşaqda 13 santimetr kista aşkarlanıb:
“Uşaq uzun müddət öskürüb. Təngnəfəslik başlayan zaman uşaqda aparılan müayinələrin nəticəsində məlum oldu ki, sol ağciyərin alt payını tamamilə tutan, təqribən 12-13 sm ölçüdə kista mövcuddur. Bu halda uşaq sol ağciyərinin bir qismini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Cərrahi əməliyyatla nəhəng ölçülü qurd kistasını tamamilə çıxardıq. Əməliyyat texniki olaraq çətin idi, ancaq uşaq ağciyərini itirmədən prosses tamamlandı”.
Fuad Hüseynov qeyd edib ki, ailəsinin dediyinə görə uşaq daimi ev heyvanları ilə kontaktda olub: “Heyvan sevərlərin xoşuna gəlməsə də, uşaqları qorumaq üçün tibbi maarifləndirmə etməyi özümə borc bilirəm”.