8 Aprel 2018 20:06
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı – Naxçıvan marşrutu ilə uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” MMC-yə məxsus Airbus A320 təyyarəsi havaya qalxarkən quşla toqquşub.

Teleqraf.com xəbər verir ki, bu barədə Trend-ə şirkətin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

“Bununla əlaqədər olaraq hava gəmisinin komandiri hava limanına qayıtmağa qərar verib. Eniş uğurla həyata keçib”,-deyə o bildirib.

Onun sözlərinə görə, hal-hazırda texniki işçilər təyyarəyə baxış keçirir. Sərnişinlər isə Naxçıvana digər təyyarəylə uçacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər