Rusiyanın şərq vilayətlərində radon qazı təhlükəsi səbəbi ilə iki bağça bağlanıb.
Teleqraf.com xəbər verir ki, Vladivostokda yerləşən 36 və 37 saylı bağçaların işləməməsinə səbəb 36 saylı bağçadan gələn şikayət olub. Valideynlər uşaqların saçının qəfildən tökülməsi ilə bağlı narazılıq ediblər.
Qeyd edək ki, radon - iysiz və rəngsiz radioaktiv qazdır, həyat üçün təhlükədir. Yer kürəsində geniş yayılmış radon qazı normadan çox olduqda ağciyər xərçəngi törədə bilir və xəstəliyin səbəbləri sırasında siqaretdən sonra ikincidir.